Əsas Səhifə > REGİON > Rusiyada koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb

Rusiyada koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb


30-05-2020, 22:19

 

Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb.

Şəffaflıq.az Azərtac-a istinadən xəbər verir ki, Rusiya alimlərinin hazırladıqları yeni peyvənd burun damcısı şəklindədir.

Mərkəzin Baş direktoru Rinat Maksyutov jurnalistlərə bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi öyrənilir.

Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.

Geri qayıt