Əsas Səhifə > REGİON > Yerevanda koronavirus dəhşəti: Ölüm halları kəskin artıb
Yerevanda koronavirus dəhşəti: Ölüm halları kəskin artıb30-05-2020, 10:53 |
“Bir milyon nəfərə düşən koronavirus xəstəsi sayına görə Fransa və İranı üstələmişik, Rusiya ilə bərabər vəziyyətə gəlib çıxmışıq”.Şəffaflıq.az Virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Hadisələr belə templə davam edərsə, biz artıq İtaliyanı da haqlayacağıq. Epidemiyanın yayılmasının belə bir tempi avtomatik olaraq ağır və son dərəcə ciddi hadisələrə, ölüm hallarının artmasına səbəb olur. Bu vəziyyətin səbəbi anti-epidemioloji qaydalara kütləvi şəkildə riayət edilməməsi və vətəndaşlarımızın epidemioloji xəbərdarlıqlara ciddi yanaşmamasıdır”, – Paşinyan keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, bu gündən (29 may-red.) etibarən Ermənistan Nazirlər Kabineti adından Yerevan küçələrində Fövqəladə Hallar Nazirliyinin maşınlarının köməyi ilə insanlara maska taxılması, sosial məsafə saxlanılması, əllərin vaxtaşırı dezinfeksiya edilməsi ilə bağlı çağırışlar edilir. Bu arada Yerevandakı "Surb Grigor Lusavorich" tibb mərkəzinin direktoru Arman Hovakimyan bildirib ki, koronavirus xəstələri üçün çox az yerləri qalıb. Belə ki, COVID-19 virusuna yoluxmuş vətəndaşlar üçün mərkəz təxminən 500 çarpayı nəzərdə tutub. Onlardan 80-ni reanimasiya, 420-si isə ümumi palatalardadır: "Reanimasiyadakı çarpayıların 95, ümumi şöbələrdəkilərin isə 80 faizi doludur”. Xatırladaq ki, mayın 29-na olan məlumata görə, Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 8676 nəfərə, ölənlərin sayı isə 120-yə çatıb. Geri qayıt |