Əsas Səhifə > Dünya > ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı

ABŞ ÜST-lə bütün əlaqələrini dayandırdı


30-05-2020, 10:43

 

Amerika Birləşmiş Ştatları Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcək.

Şəffaflıq.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə, Tramp bildirib.

Geri qayıt