Əsas Səhifə > Dünya > Braziliyada yenidən rekord qeydə alındı

Braziliyada yenidən rekord qeydə alındı


30-05-2020, 10:35

 

Braziliyada koronavirusla bağlı vəziyyətdə yenidən rekord göstərici qeydə alınıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən bildirir ki, ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən, son sutka ərzində daha 26 928 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Braziliyada koronavirusa yoluxanların ümumi sayı 456 166-ya çatıb.

Bundan əlavə, son sutka ərzində daha 1 124 pasiyent koronavirusun qurbanı olub. Ölkədə koronavirusdan vəfat edənlərin ümumi sayı 27 878-ə yüksəlib.

Daha çox zərər çəkən regionlar arasında San-Paulu ştatı (7,2 mindən çox ölüm, 101 mindən çox yoluxma halı) və Rio-de-Janeyrodur (5079 ölüm, 47953 yoluxma).

Geri qayıt