Əsas Səhifə > Maraqlı > Alimlər ömrü uzadan qidanı tapdılar

Alimlər ömrü uzadan qidanı tapdılar


30-05-2020, 10:32

 


Elm adamlarının çili bibəri barədə apardığı araşdırma maraqlı məqamı ortaya çıxarıb. Alimlər hesab edir ki, çili bibərinin qəbulu insanın ömrünü uzada bilər.

Şəffaflıq.az publika.az-a istinadən xəbər verir ki, əslində söhbət çili bibərinin insanın ağır xəstəliyə yoluxmasının qarşısını almasından gedir.

Bildirilir ki, çili bibərindən müntəzəm qəbul etdikdə insanın ürək-damar sistemi xəstəlikləri və nəfəsalma problemləri ilə üzləşmə təhlükəsi azalır. Bu da insan həyatını 12-14% uzatmağa yardım edə bilər.

Alimlər yaşı 30-79 arasında olan 487 375 insanın sağlamlıq göstəriciləri haqqında məlumatları araşdırıblar. Məlum olub ki, çili bibəri qəbul edən insanlar arasında uzunömürlülərin sayı 14% daha çoxdur.


Geri qayıt