Əsas Səhifə > REGİON > İranda koronavirusdan ölənlərin sayı 7677 nəfərə çatıb
İranda koronavirusdan ölənlərin sayı 7677 nəfərə çatıb29-05-2020, 22:04 |
İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 50 nəfər vəfat edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 7677 nəfərə çatıb. İranda son sutka ərzində koronavirusa 2819 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 146668 nəfərə çatıb. İndiyədək xəstəlikdən 114931 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan xəstələrdən 2547 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. Geri qayıt |