Əsas Səhifə > Dünya > BMT-nin iqlim konfransı 15 ildə ilk dəfə təxirə salındı

BMT-nin iqlim konfransı 15 ildə ilk dəfə təxirə salındı


29-05-2020, 21:54

 

Bu ilin noyabrında keçirilməsi planlaşdırılan BMT İqlim Dəyişikliyi konfransı koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişikliyi Konfransının Təşkilat Komitəsi açıqlama yayıb. Bu ilki konfrans ləğv olunaraq növbəti konfransın 2021-ci ilin noyabr ayında keçirilməsi planlaşdırılır. Bildirilib ki, hər il keçirilən konfransla bağlı son 15 ildə ilk dəfədir ki, belə bir qərar qəbul edilib.

“İqlim danışıqlarının əvvəlcə hər iki ildən bir keçirilməsi planlaşdırılırdı, amma 2000-ci illərdə iqlim problemi o qədər kəskinləşdi ki, danışıqlar hər il aparıldı. Belə bir təxirə salma unikal bir vəziyyətlə əlaqələndirilir. Son 15 ildə ilk dəfədir belə bir şey baş verir. Bu, əlbəttə ki, pisdir, çünki Rusiya daxil olmaqla bir çox ölkədə başlamalı olan layihələr dayanacaq”, - deyə Ümumdünya Təbiəti Mühafizə Fondunun Rusiya üzrə rəhbəri Aleksey Kokorin bildirib.

Geri qayıt