Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > “Qazprom” ağır vəziyyətdə: Çin qarşısında öhdəlikləri yerinə yetirmək olmur
“Qazprom” ağır vəziyyətdə: Çin qarşısında öhdəlikləri yerinə yetirmək olmur29-05-2020, 06:51 |
Rusiya dövlət şirkəti olan “Qazprom” çətin günlərini yaşayır. Şirkətin iki top-menecerinin milyardlarla zərəri hökumətdən gizlətdiyi bildirilir. Rusiya mətbuatının yazdığına görə, rəhbərlik baş verənlərdən xəbərdardır. Üstəlik, “Sibirin gücü” qaz xəttini təmin etməli olan Çayanda yatağında ciddi problemlər yaranıb.Şəffaflıq.az xəbər verir ki, Rusiya bu gedişlə Çin qarşısındakı öhdəliklərini yerinə yetirə bilməyəcək. 30 illik müqavilənin pozulması təhlükəsi yaranıb. “Qazprom” bu halda 1.5 trilyon rubl (təxminən 21 milyard dollar) itirə bilər. 2014-cü ildə Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Tszinpin uzunmüddətli müqavilənin danışıqlar prosesində şəxsən iştirak etmişdilər. Keçən ilin dekabrında isə hər ikisinin diqqəti “Sibirin gücü” layihəsinin işə salınmasına yönəlmişdi. Müqavilədə söhbət ildə 400 milyard dollarlıq 38 milyard kubmetr qaz nəqlindən gedir. Bu günlərdə həcmin daha 6 milyard kubmetr artırılması düşünülürdü. Amma tərəflər hələ danışıq masası arxasına keçməyib. İş orasındadır ki, razılaşma ümumiyyətlə baş tutmaya bilər. Çayanda yatağındakı problem çox qüsurları ortaya çıxarıb. Həm şirkət, həm də ölkə rəhbərliyi vəziyyətin nə qədər ciddi olduğunu bilir. Çayanda yatağı olmadan Çin qarşısındakı öhdəlikləri yerinə yetirmək mümkün deyil. Bəzi araşdırmalara görə, “Qazprom” və şirkətin bir sıra törəmə müəssisələri 20 məxfi əməliyyat keçirib. Əslində, sövdələşmələrin məqsədi dövlət xərclərinin azaldılması, kiçik və orta biznesə dəstək olmalıydı. Hadisələrin gedişi daha ciddi problemlərin ortaya çıxdığını göstərir. Geoloji kəşfiyyat işlərindəki qüsurlar Rusiyaya baha başa gələ bilər. Geri qayıt |