Əsas Səhifə > Dünya > Avropa Birliyi Əsəd rejiminə qarşı sanksiyanı uzatdı
Avropa Birliyi Əsəd rejiminə qarşı sanksiyanı uzatdı29-05-2020, 06:48 |
Avropa Birliyi (AB) Şurası Əsəd rejimi və tərəfdarlarına qarşı sanksiyaların müddətini 1 iyun 2021-ci ilə kimi uzadıb.Şəffaflıq.az xəbər verir ki, AB Suriyada mülki əhaliyə zorakılıq tətbiq edənlərə qarşı sanksiyalar həyata keçirir. Məlumata görə, artıq sanksiyalar siyahısına daxil olanların sayı 273 nəfərə çatıb. Bildirilir ki, sanksiya tətbiq olunmuş şəxslərə səyahət qadağası qoyulur. Həmçinin, onların AB-dəki hesabları dondurulur. Qeyd edək ki, AB Suriyada 70 quruma da sanksiya tətbiq edir. Aralarında Suriya Mərkəzi Bankının da olduğu bu qurumların aktivləri də dondurulur. Geri qayıt |