Əsas Səhifə > Dünya > “And içirəm ki, COVİD-19 virusunu biz yaratmamışıq” - Çinli virusoloq

“And içirəm ki, COVİD-19 virusunu biz yaratmamışıq” - Çinli virusoloq


28-05-2020, 06:59

 

Yeni COVİD-19 koronavirusunun Uhandakı laboratoriya ilə əlaqəsi yoxdur. Bu barədə çinli virusoloq, Uhan Virusologiya İnstitutunun direktor müavini Şi Çjenli bəyan edb. O, yarasalardakı koronavirusun öyrənilməsi sahəsində öz tədqiqatları ilə məşhurdur. Bu barədə “Bloomberq” xəbər verib.

O, həm də öz həyatına and içib ki, laboratoriyasının COVİD-19 virusunun mənşəyi ilə heç bir əlaqəsi yoxdur. Şi izah edir ki, onun institutda işlədiyi viruslar öz genetik xarakteristkasına görə, bütün dünyaya yaryılmış «korona»ya oxşamır.

«Bloomberq»in məluatına görə, Çində Şi Çjenlini virusla işləməyə aludə olması səbəbinə «yarasa qadın» adlandırırlar.

Çinin CGTN telekanalına verdiyi müsahibədə mütəxəssis bəyan edib ki, virusun öyrənilməsi istiqamətində işlər şəffaf olmalıdır və beynəlxalq əməkdaşlıq əsasında aparılmalıdır. Onun sözlərinə görə, elmin siyasiləşdirilməsi qəmginlik yaradır.

“Əgər biz insanlar arasında yeni yolxucu xəstəlik partlayışının qarşısını almaq istəyiriksə, o zaman qabaqlayıcı işlər görməli, naməlum virusları öyrənməliyik. Hansıların ki, daşıyıcıları vəhşi heyvanlardır… Bu virusları öyrənməli və cəmiyyəti qabaqcadan xəbərdar etməliyik. Əgər biz, onları öyrənməsək, böyük ehtimalla, digər partlayışlar baş verəcək” – deyə, Şi Çjenli bildirib.


Şəffaflıq.az
Geri qayıt