Əsas Səhifə > Dünya > Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı28-05-2020, 06:46 |
Braziliyada koronavirusa yoluxanların ümumi sayı 411 min nəfəri ötüb. Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyi bildirib. Nazirliyin məlumatına görə, ölkədə son bir gündə koronavirusa yeni yoluxma hallarının sayı 20 mini ötüb. COVID-19-dan 25,5 mindən çox insan ölüb. Bir gün əvvəl 391 222 yoluxmuş və 24 512 ölüm haqqında bildirilirdi. Son məlumatlara görə, COVID-19-a yoluxma ilə bağlı halların ümumi sayı 411 821 təşkil edir. Təhlükəli virusdan bir gün ərzində 1 086 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 25 598-ə çatıb. Ölkədə koronavirusa yoluxmuş 166 647 insan sağalıb. Geri qayıt |