Əsas Səhifə > Cəmiyyət > Füzuli Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Füzuli Rayon İcra Hakimiyyətinin və Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.


2-02-2019, 00:53

 Füzuli rayon Gənclər və İdman idarəsinin verdiyi Şəffaflıq.aza verilən məlumata görə,  2019-cu il tarixində Füzuli rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin akt zalında 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu. Sonra tədbiri giriş nitqi ilə açan Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev çıxışında xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildən başlayaraq 2 fevralın Gənclər Günü kimi qeyd edildiyini və ölkədə gənclər siyasətinin formalaşdırılmasında ulu öndərin misilsiz rolu olduğunu bildirdi və qeyd etdi ki, hələ sovet dövründə Azərbaycan gənclərinin nüfuzlu ali məktəblərdə təhsil almasında, uğurlu karyeraya nail olmasında ümummilli liderin xüsusi əməyinin olub. Bu gün isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etdi.Sonra Çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Eldəniz Səfərəliyev gənclərin Azərbaycanın inkişafında böyük rol oynadıqlarını qeyd etdi.


 Alxas
Şəffaflıq.az


Geri qayıt