Əsas Səhifə > Dünya > Əfqanıstanda COVID-19-a yoluxanların sayı 12 mini ötüb

Əfqanıstanda COVID-19-a yoluxanların sayı 12 mini ötüb


27-05-2020, 20:26

 

Əfqanıstanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 12 mini ötüb, 227 nəfər xəstəlikdən vəfat edib.

Şəffaflıq.az-ın "Tolo News"a istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Əfqanıstanın Səhiyyə Nazirliyi yayıb.

Son sutka ərzində Əfqanıstanda 625 nəfər koronavirusa yoluxub ki, bununla da ölkədə COVID-19 xəstələrinin sayı 12 456-ya çatıb. İndiyədək Əfqanıstanda sözügedən virusdan 1 138 nəfər sağalıb.

Geri qayıt