Əsas Səhifə > Dünya > Almaniyada 179 mindən çox şəxs COVID-19-a yoluxub

Almaniyada 179 mindən çox şəxs COVID-19-a yoluxub


27-05-2020, 20:02

 

Almaniyada koronavirusa son bir gündə 362 yoluxma halı qeydə alınıb.

Şəffaflıq.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19 xəstəliyinin statistikasını aparan Robert Kox institutu bildirib.


Qeyd edilir ki, ötən sutka ərzində ölkədə daha 47 insan virusdan ölüb.


İnstitutun məlumatına görə, AFR-də bütün pandemiya ərzində koronavirusa 179 364 yoluxma qeydə alınıb, ümumilikdə virusa yoluxmuş 8 349 pasiyent ölüb.


Ölkədə COVID-19-a ən çox yoluxma Bavariyada qeydə alınıb. Burada 46 458 nəfərin virusa yoluxması təsdiqlənib.


Şimali Reyn-Vestfaliyada 37 541, Baden-Vürtemberqdə 34 500 nəfər koronavirus daşıyıcısıdır. Berlində virusa 6 673 yoluxma qeydə alınıb.

Geri qayıt