Əsas Səhifə > Gündəm > Azərbaycanda daha bir qadağa ləğv olunur — Ayın 1-dən...

Azərbaycanda daha bir qadağa ləğv olunur — Ayın 1-dən...


27-05-2020, 19:56

 

Azərbaycanda davam edən karantin rejimi mərhələli şəkildə yumşaldılıb. Bir sıra müəssisələr fəaliyyətinə başlayıb. Bəs görəsən, Azərbaycanda da iyunun 1-də ticarət mərkəzləri açıla bilərmi?

Şəffaflıq.az "sonxeber"-ə istinadən xəbər verir ki, bununla bağlı danışan deputat Cavid Osmanov bildirib ki, bu cür qərarları Nazirlər Kabineti yanənda Operativ Qərargah verir:

"Bu günə kimi Operativ Qərargah karantin rejiminə mərhələli şəkildə sərtləşdirilməsi kimi o formada da yumşaldılması ilə bağlı qərarlar verməkdədir. Təəssüf ki, son həftələrdə yoluxmanın sayı üçrəqəmlidir. Koronavirusun ilk dalğasında karantin rejiminin sərtləşdirilməsi ilə bir çox iaşə obyektləri, müəssisələr fəaliyyətini dayandırdı.

Əgər sərt karantin rejim tədbiq olunmasaydı yoluxanların sayı 140-150 deyil 800-1000 nəfər ola bilərdi. Sərhədlərin bağlanması və insanların ev şəraitində izyolasiya olunması koronavirusun ölkəmizdə geniş yayılmasının qarşısını aldı.

Bilirsiniz ki, bir neçə gün öncə Operativ Qərargahın keçirdiyi brifinqdə ticarət mərkəzləri ilə bağlı məsələyə toxunuldu. Qeyd edildi ki, bu məsələ üzərində iş gedir. Qeyd edildi ki, iyunun əvvəllərində açıla bilər. Burada təəccüblü heç nə yoxdur. Azərbaycan dünyanın bir hissəsidir. Dünyaya nəzər salanda görürük ki, yoluxma sayı çox olan ölkələrdə karantin rejimi yumşaldılıb.

Bütün müəssisələr fəaliyyətə başlayıb. Hətta Almaniyada futbol yarışları başlayıb. Dövlətimiz əlindən gələni edərək pandemiyanın ilk dalğasının qarşısını aldığını nəzərə alaraq deyə bilərəm ki,iyunun əvvəllərində iri ticarət mərkəzlərin açıla bilər. Qeyd edim ki, o ticarət mərkəzlərində xeyli sayda insanlar çalışır. Ona görə də yaxın günlərdə iri ticarət mərkəzlərin açılması və kafe-restoranların əvvəlki qaydada işləməsi üçün qərarlar verilə bilər. İri ticarət mərkəzləri açılan zaman Operativ Qərargah tərəfindən müəyyən qaydalar da qoyulması gözləniləndir. Mən özüm də iri ticarət mərkəzlərinin açılmasının tərəfdarıyam.

Qoyulan qaydalara əməl edərək insanlarımız öz iş yerlərinə qayıdıb, əməkhaqqlarını alsınlar. Dövlətimiz üzərinə düşən işi layiqincə yerinə yetirməkdədir. Bu gün ən önəmli məsələ insanlarımızın bu xəstəliyin təhlükəli olduğunu dərk edib, Operativ Qərargahın qərarlarına və tövsiyyələrinə əməl etməsidir. Vətəndaşlarımız məsuliyyətli olmaqla bu işdə dövlətimizə dəstək olmalıdır". 


Geri qayıt