Əsas Səhifə > REGİON > İranda ziyarətgahlar dezinfeksiya edilərək açılıb

İranda ziyarətgahlar dezinfeksiya edilərək açılıb


27-05-2020, 08:56

 

Son 24 saat ərzində İranda 1787 nəfər koronavirusa yoluxub, 57 nəfər isə həyatını itirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 139 min 511 nəfər virusa yoluxub, 7 min 508 nəfər isə ölüb. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 109 min 437 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 567 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Qum və Məşhəd şəhərlərindəki müqəddəs ziyarətgahlar bir daha dezinfeksiya edilərək açılıb. Lakin ziyarət edənlər mütləq tibbi maskadan istifadə etməlidirlər. Ziyarətgahların qarşısında tibbi maska paylanacaq.

Geri qayıt