Əsas Səhifə > Dünya > İspaniya iyulun 1-dən əcnəbilər üçün karantin rejimini ləğv edəcək
İspaniya iyulun 1-dən əcnəbilər üçün karantin rejimini ləğv edəcək26-05-2020, 09:26 |
İspaniya hökuməti əcnəbilər üçün tətbiq edilən iki həftəlik karantin rejimini iyulun 1-dən ləğv edəcək. Şəffaflıq.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hökumət iyulun 1-dən əcnəbi turistlər üçün tətbiq edilən karantini ləğv edəcək. Qeyd edək ki, mayın 15-dən etibarən İspaniyaya gələnlər 14 gün müddətində karantinə alınırlar. Geri qayıt |