Əsas Səhifə > Gündəm > Azərbaycanda icra başçısı və işçiləri KORONAVİRUSA YOLUXDU
Azərbaycanda icra başçısı və işçiləri KORONAVİRUSA YOLUXDU25-05-2020, 20:12 |
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Elxan İbrahimov yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Şəffaflıq.az-ın APA-ya istinadən xəbərinə görə, Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Onun ailə üzvlərindən yaxma nümunəsi götürülüb. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda izolyasiya qaydalarına uyğun olaraq karantindədir. Geri qayıt |