Əsas Səhifə > Dünya > Koronavirusla bağlı fəaliyyəti dayandırılan Kiyev metrosu şəhər sakinlərinin istifadəsinə verilib
Koronavirusla bağlı fəaliyyəti dayandırılan Kiyev metrosu şəhər sakinlərinin istifadəsinə verilib25-05-2020, 08:55 |
Koronavirusla bağlı uzun müddətdir fəaliyyəti dayandırılan Kiyev metrosu bu gündən şəhər sakinlərinin istifadəsinə verilib. Şəffaflıq.az xəbər verir ki, metroya yalnız maska ilə daxil olmağa icazə veriləcək və sosial məsafə tətbiq ediləcək. Metroya, həmçinin qoruyucu əlcəklə girmək tövsiyə olunur. “Metroda tətbiq ediləcək sosial və sanitar məsafəyə görə tıxac yarandığı halda giriş qapıları müvəqqəti olaraq qismən və ya tam bağlana bilər. Ona görə də əhalidən ən vacib hallarda metrodan istifadə etməyi xahiş edirik”, - deyə Kiyev şəhər Dövlət Administrasiyasının məlumatında qeyd edilir. Artıq Kiyev metrosunda qatarlar və sərnişin zonaları dezinfeksiya edilib. Metropoliten işçiləri qoruyucu vasitələrlə təmin olunub. Həmçinin mayın 25-də Xarkov şəhərinin metrosu da fəaliyyətini bərpa edib. Qeyd edək ki, ölkədə karantin müddəti iyunun 22-dək uzadılıb. Geri qayıt |