Əsas Səhifə > Dünya > Yaponiyada koronavirusa yeni yoluxma hallarının sayı artıb

Yaponiyada koronavirusa yeni yoluxma hallarının sayı artıb


25-05-2020, 06:36

 

Yaponiyada mayın 25-də nəzərdə tutulan təcili vəziyyət rejiminin tamamilə ləğv edilməsi fonunda koronavirus infeksiyasının yeni hallarının sayında artım qeydə alınıb. 

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı məlumatında deyilib.

Belə ki, Yaponiya daxilində son sutkada ən azı 42 yeni yoluxma faktı, o cümlədən Tokioda 14 fakt aşkarlanıb. Orada ölkənin digər 5 vilayətində olduğu kimi, fövqəladə vəziyyət rejimi hələ də qüvvədədir. Diamond Princess kruiz gəmisinin sərnişinlərinin və ekipajının dadaxil olduğu yoluxanların ümumi sayı 17 323 nəfərə çatıb.

Sutka ərzində ölənlərin sayı Tokioda 9 nəfər olmaqla 14 nəfər artıb və ümumi sayı 852 nəfər çatıb.

Geri qayıt