Əsas Səhifə > Dünya > Braziliyada sutka ərzində koronavirusdan minə yaxın ölüm qeydə alınıb
Braziliyada sutka ərzində koronavirusdan minə yaxın ölüm qeydə alınıb24-05-2020, 14:00 |
Braziliyada koronavirusdan ölüm hallarının sayı son sutka ərzində 965 olmaqla 22 013-ə yüksəlib. Şəffaflıq.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Ölkədə virusdan ölüm faizi 6,3 təşkil edir. Ümumilikdə yoluxanların sayı son sutkada 16,5 olmaqla 330 890 nəfərə çatıb. Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (80,5 min və 6 min), Seara (35 112 və 2 308) və Rio-de-Janeyro (34 533 və 3 905) ştatlarında qeydə alınıb. İlk dəfə COVİD-19 virusu infeksiyasının ölkədə keçirilən karnavaldan bir gün sonra fevralın 26-da təsdiqləndiyi Braziliya, dünyada koronavirusa yoluxanların sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Geri qayıt |