Əsas Səhifə > Dünya > İspaniya koronavirusa görə 10 günlük matəm elan edir
İspaniya koronavirusa görə 10 günlük matəm elan edir23-05-2020, 21:10 |
İspaniyada COVID-19 qurbanlarının xatirəsinə görə matəm elan olunacaq.Şəffaflıq.az “RİA Novosti” agentliyinə istinadən məlumat verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes məlumat verib. P.Sançes bildirib ki, mayın 26-da elan olunacaq matəm 10 gün davam edəcək. “Biz əsrin ən pis fəlakətinin qarşısını aldıq. Ölkəmizin bərpası hələ qarşıdadır. Hökumət çərşənbə axşamından başlayacaq matəmlə bağlı rəsmi bəyanat qəbul edəcək. Matəm on gün davam edəcək. Bütün dövlət qurumlarının və Hərbi Dəniz Donanmasının bayraqları endiriləcək. Bu qərarla biz qurbanlarımızın xatirəsinə hörmətimizi göstərmək istəyirik”, - deyə baş nazir söyləyib. Son rəqəmlərə əsasən, İspaniyada 281 904 nəfərin koronavirusa yoluxduğu aşkar edilib. 28 628 xəstə virusun qurbanı olub. 196 mindən çox ispaniyalı virusdan sağalıb. Geri qayıt |