Əsas Səhifə > Dünya > Britaniyada daha 351 nəfər koronavirusun qurbanı olub
Britaniyada daha 351 nəfər koronavirusun qurbanı olub23-05-2020, 08:57 |
Böyük Britaniyada son sutka ərzində koronavirus infeksiyasından ölənlərin sayı 351 nəfər artaraq 36 393 nəfərə çatıb.Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə krallığın Daxili İşlər naziri Priti Patel brifinq zamanı bildirib. Onun sözlərinə görə, eyni dövr ərzində virusa yoluxma hallarının sayı 3287 artaraq 254 195-ə çatıb. Bundan bir gün əvvəl Britaniyada bir gündə ölənlərin sayı 338 nəfər, virusa yoluxma hallarının sayı isə 2615 nəfər olmuşdu. Geri qayıt |