Əsas Səhifə > Gündəm > İslahatların məqsədi rüşvətxorluğun kökünü kəsməkdir
İslahatların məqsədi rüşvətxorluğun kökünü kəsməkdir22-05-2020, 21:18 |
Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğun kökü kəsilməlidir deyildiyi halda, bəzi məmurlar tamahından əl çəkmir ki, çəkmir.Hələ də dövlət başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıb, kasıbın malına, haqqına göz dikənlər tapılır. Belə vəziyyətdə həmin şəxslərin öz nəfslərini milli maraqlardan üstün tutması dövlətə xəyanət hesab edilir. Çünki bu əməllər vətəndaşda dövlətə, aparılan islahatlara qarşı inamsızlıq yaradır. Nəticədə belə şəxslər dövlətin sərt üzü ilə qarşı-qarşıya qalırlar. Millət vəkili Elşad Mirbəşiroğlunun fikrincə, korrupsiya hallarına imkan verən şərait, boşluqlar mövcud olduqca rüşvətxorluğun tam kökü kəsilməyəcək. İnstitusional islahatların da mərkəzində məhz həmin amillərin aradan qaldırılması dayanır. Qısası, məmur-vətəndaş təması minimuma endirilməlidir. Millət vəkili Hikmət Babaoğlu isə rüşvətxorluqla mübarizədə ictimai nəzarətin xüsusi çəkisini vurğulayır. Aydındır ki, ümumi islahatlar dalğasında kadr islahatları da qaçılmazdır. Korrupsiya kimi bəla ilə mübarizədə müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalı, ümumi işə öz töhfəsini verməlidir. Bu zaman keçmiş kadrların xoşagəlməz addımlarının nəticəsi göz önündə olmalı, qanunun aliliyi qorunmalıdır. Şəffaflıq.az Geri qayıt |