Əsas Səhifə > Dünya > Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir21-05-2020, 22:58 |
Dünyada koronavirus pandemiyasına qarşı vaksin tapılmadığı üçün hələ də yoluxma və ölüm halları artmaqda davam edir. Ötən həftələrdə koronavirusa ən çox yoluxmanın ABŞ, İspaniya, İtaliya, İngiltərə və Fransa kimi ölkələrdə olduğu açıqlanırdı. Lakin hazırda durum fərqlidir. Yenə də dünyada koronavirusa yoluxma sayına görə siyahının başında ABŞ gəlir. Lakin ABŞ-dan sonra gələn ölkə İspaniya deyil, artıq Rusiyadır. Rusiyadan sonra isə Braziliya yer alıb. Son sutka ərzində Braziliyada yoluxma sayı ABŞ-dan çox da fərqlənməyib. Belə ki, mayın 20-də ABŞ-da 22 min 140 nəfər, Braziliyada isə 21 min 472 nəfər koronavirusa yoluxub. Ümumilikdə hazırda virusun dalğası Cənubi Amerikada dalğalanır… Şəffaflıq.az xarici mətbuata istinadən Cənubi Amerikada yoluxmaya görə ilk 5 ölkənin statistikasını təqdim edir. Cənubi Amerikada siyahının başında Braziliya yer alıb. Bu ölkədə yuxarıda da qeyd etdiyimiz kimi, yoluxma sürətlə artmaqda davam edir. Son saatlarda 21 min 472 nəfər yoluxub, 911 nəfər isə bu virusdan ölüb. Braziliya dünya üzrə yoluxmaya görə tərtib edilən cədvəldə sürətlə irəliləyir və bu cür davam edərsə, yaxın saatlarda Rusiyanı da yoluxma sayına görə geridə qoyub, ABŞ-dan sonra ikinci yerə yüksələ bilər. Ümumilikdə Braziliyada 293 min 357 nəfər koronavirusa yoluxub, 18 min 894 nəfər isə ölüb. Cənubi Amerikada ikinci yerdə Peru gəlir. Peruda dünən 4 min 537 nəfər yoluxub, 110 nəfər isə dünyasını dəyişib. Ümumilikdə Peruda bu zamana qədər 104 min 20 nəfər koronavirusa yoluxan, 3 min 24 nəfər isə bu virusdan ölən var. Üçüncü sırada yer alan Çilidə son saatlarda 4 min 38 nəfər yoluxub, 35 nəfər ölüb. Dördüncü olan Ekvadorda isə son saatlarda 703 nəfər yoluxub, 49 nəfər ölüb. Beşinci sırada yer alan Kolumbiyada 752 nəfər yoluxub, 17 nəfər dünyasını dəyişib. Dünyada hazırda 5 milyon 113 min 706 nəfər koronavirusa yoluxan, 330 min 361 nəfər bu virusdan dünyasını dəyişən var. Son məlumata görə, dünyada 2 milyon 39 min 698 nəfər koronavirusdan müalicə alaraq sağalıb. Hazırda müalicə alanlar isə 2 milyon 743 min 647 nəfərdir ki, onlardan da 45 min 694 nəfərinin vəziyyəti ağırdır. Geri qayıt |