Əsas Səhifə > Gündəm > Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM
Əbülfəs Qarayev işdən çıxarıldı - SƏRƏNCAM21-05-2020, 14:32 |
Əbülfəs Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib. Şəffaflıq.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram: Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilsin”. Geri qayıt |