Əsas Səhifə > Dünya > ÜST haqqında beynəlxalq araşdırma aparılacaq
ÜST haqqında beynəlxalq araşdırma aparılacaq21-05-2020, 07:35 |
Birləşmiş Millətlər Təşkilatının (BMT) 194 üzv dövləti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirus pandemiyası ilə bağlı fəaliyyəti mövzusunda araşdırma aparılmasına qərar verib. Şəffaflıq.az bildirir ki, dünya miqyasında Covid-19-la mübarizənin davam etdiyi bir dövrdə ÜST-ün pandemiyaya qarşı gördüyü tədbirlər beynəlxalq ictimaiyyət arasında mübahisə və müzakirələrə səbəb olub. Belə ki, ÜST bu istiqamətdə fəaliyyətsizlikdə belə ittiham olunub. Bu səbəbdən bu gün İsveçrənin Cenevrə şəhərində keçirilən ÜST-ün illik toplantısına BMT ölkələri də qatılıb. Onlar virusun qaynağı və insandan insana necə yoluxması mövzusunda beynəlxalq araşdırmanın başladılmasına qərar veriblər. BMT-yə üzv ölkələrin araşdırma tələbinə ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus müsbət cavab verib. Araşdırmanın başlayacağı tarix isə açıqlanmayıb. Geri qayıt |