Əsas Səhifə > Region > Ermənistanın paytaxtında atışma olub, saxlanılan var

Ermənistanın paytaxtında atışma olub, saxlanılan var


20-05-2020, 08:51

 

Yerevanda atışma olub.

Şəffaflıq.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Shamshyan.com" bildirib.

Məlumata görə, hadisə Başinjaqyan küçəsində qeydə alınıb. Küçədəki yaşayış binasının həyətində atəş səsləri eşidilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib və atışmanı törətməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib.

Atışma zamanı həyətdəki "KIA" markalı avtomobilə zərər dəyib. Hadisə yerinə istintaq qrupu cəlb edilib.

Fakt üzrə materiallar toplanılır.

Geri qayıt