Əsas Səhifə > Dünya > Berlin və Paris AB iqtisadiyyatına dəstək üçün fond yaradır

Berlin və Paris AB iqtisadiyyatına dəstək üçün fond yaradır


19-05-2020, 10:40

 

Almaniya və Fransa Avropa iqtisadiyyatının bərpası üçün 500 milyard avro dəyərində fondun yaradılmasını təklif edib.


Şəffaflıq.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronla danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

“Koronavirus pandemiyası ilə əlaqədar birləşmişik, AB öz tarixinin ən ağır böhranını yaşayır. Belə bir böhrana müvafiq cavab verilməlidir”, - Merkel belə deyib.

Onun sözlərinə görə, Berlin və Paris AB-nin digər ölkələri ilə birgə işləməyi düşünür, ancaq öz təşəbbüsləri ilə onlara Aİ-nin bu böhrandan daha güclü çıxacağına dair siqnal göndərmək niyyətindədirlər.

“İqtisadiyyatın bərpası üçün fonda ehtiyac duyduğumuzu bildirdik. Fondun necə olacağı ilə bağlı Almaniya və Fransa fəal müzakirələr aparıb. İqtisadiyyatı tez bir zamanda bərpa etmək çox vacibdir. Ən çox zərər çəkən sektorlar və bölgələrə dəstək üçün AB-ni vəsaitlə təmin etməli olan 500 milyard avroluq məhdud müddətli bir fond yaratmaq istəyirik”, - deyə Merkel əlavə edib.

Bildirilir ki, vəsait AB-nin çoxillik maliyyə planının bir hissəsi olaraq böhrandan ən çox əziyyət çəkən ölkələrə kömək üçün girov götürüləcək.

Geri qayıt