Əsas Səhifə > Dünya > Koronavirusun ikinci dalğası başladı - on milyon əhalisi olan şəhər bağlandı

Koronavirusun ikinci dalğası başladı - on milyon əhalisi olan şəhər bağlandı


19-05-2020, 00:17

 

Çində koronavirusun yeni dalğası başlayıb. Çin hökuməti ölkənin şimal-şərqində 100 milyondan çox insana təhlükə törədə biləcək  virusun yayıla bilməsi səbəbindən ciddi karantin tətbiq etmək məcburiyyətində qalıb.

Şəffaflıq.az-ın məlumatına görə, indiyə qədər bölgədə yalnız 34 yeni infeksiya qeydə alınıb. Lakin Çizilin əyalətində artıq məktəblər və nəqliyyat tam bağlanıb. Agentlik qeyd edir ki, bu, Çin hakimiyyətinin koronavirusun mümkün ikinci dalğasından qorxduğunu göstərir.

İddia olunur ki, təcili hazırlıqlar koronovirusun ikinci dalğasının  daha ağır ola biləcəyini göstərir. Çin hakimiyyəti Şulan şəhərini tam mühasirəyə alıb. Vilayətə təcili hökumət komissiyası göndərilib. Çölə çıxmaq yasağı tətbiq edilmiş şəhərlərdə insanlara yemək almaq üçün iki gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir.

Geri qayıt