Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Prezident daha bir icra başçısını işdən çıxartdı - FOTO

Prezident daha bir icra başçısını işdən çıxartdı - FOTO


16-05-2020, 21:14

 

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Şəffaflıq.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı olub.

2019-cu ildən Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.


 
Geri qayıt