Əsas Səhifə > Dünya > ABŞ-da yüzlərlə uşaqda COVID-19-la bağlı iltihab sindromu yayılıb
ABŞ-da yüzlərlə uşaqda COVID-19-la bağlı iltihab sindromu yayılıb16-05-2020, 08:45 |
ABŞ-ın azı 20 ştatında 200-dən çox uşaqda COVID-19 ilə bağlılığı ehtimal edilən iltihab sindromu müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə şəxsi hesablamalarına istinadən ABC “News” məlumat yayıb. Bildirilir ki, indi ABŞ-da uşaqlarda iltihab sindromunun təsdiq edilmiş və mümkün halları haqqında vahid rəsmi statistika yoxdur, buna görə də telekanal 50 ştatın səhiyyə sferasındakı həkimlərə və məmurlara sorğu göndərib. Onlar tərəfindən verilmiş məlumatlara əsaslanaraq, telekanal ölkədə uşaqlar arasında sindromun yaranması hallarının sayının 220-ə çata biləcəyini hesablayıb. Xəstəlik ən çox Nyu-Yorkda, həmçinin Nyu-Cersidə, Miçiqanda qeydə alınıb. Daha əvvəl Nyu-York ştatının qubernatoru Endrü Kuomo bildirib ki, uşaqlarda iltihab sindromunun yaranması 17 ştatda müşahidə edilir. Nyu-York meri Bill de Blazio da öz növbəsində bildirib ki, təkcə onun şəhərində 100 belə hadisə aşkarlanıb. Bir neçə gün əvvəl bildirilirdi ki, ABŞ-ın Konnektikut ştatında həddi-buluğa çatmamış 3 nəfər iltihabi sindromu əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Geri qayıt |