Əsas Səhifə > Kriminal > Müəlliməni “rüsvayçı materiallar”la şantaj edənlərlə bağlı – Yeni xəbər
Müəlliməni “rüsvayçı materiallar”la şantaj edənlərlə bağlı – Yeni xəbər29-01-2019, 15:35 |
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Yaqub Zalov və Səkinə Hümbətovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Şəffaflıq.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onların apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib. Təqsirləndirilən şəxslər barələrində olan cəzanın yüngülləşdirilmələrini istəyiblər. Növbəti proses fevralın 11-də davam edəcək. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yaqub Zalov 5 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Səkinə Hümbətovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, şərti cəza alıb və məhkəmə zalından sərbəst buraxılıb. İttihama görə, ötən ilin martında Bakı şəhər sakini Yaqub Zalov paytaxt sakini A.M. barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, ondan 5100 manat alıb. Martın 12-də Suraxanı rayonunun Hovsan qəsəbəsində Yaqub Zalov yenidən həmin qadını hədələyib, 500 manat alarkən Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Yaqub Zalov bu əməli tanışı Səkinə Hümbətova ilə birgə törədib. Daha sonra hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla hədə-qorxu gəlmək) maddələri ilə ittiham elan edilib. Xatırladaq ki, zərərçəkmiş A.M. Bakı şəhərində məktəblərin birində müəllim işləyir. Müəllif: Hacı Zeynalov Geri qayıt |