Əsas Səhifə > Hadisə > Ağsuda sel 5 kəndlə əlaqəni kəsib
Ağsuda sel 5 kəndlə əlaqəni kəsib15-05-2020, 09:09 |
Ağsu rayonuna yağan leysan və dolu bir sıra fəsadlar törədib. Şəffaflıq.az-ın məlumatına görə, axşam saatlarında rayonun dağlıq kəndlərinə əvvəlcə leysan, sonra dolu yağıb. Yağıntı rayonun Xatman, Dilman, Hacımən, Kalva və Suraxanı kəndlərində bir fəsadlar törədib. Selin dağlardan gətirdiyi daş və qaya parçaları kəndlərə gedən yolların bağlanmasına səbəb olub. Qeyd edilir ki, minik maşınlarının kəndlərə gediş-gəlişi çətinləşib. Xatman kənd sakinlərin verdiyi məlumata görə, 20 dəqiqə davam edən dolu bəzi yerlərdə taxıl sahələrinə ciddi ziyan vurub. Elektrik enerjisinin verilişində fasilələr yaransa da, problem qısa müddətdə aradan qaldırılıb. Geri qayıt |