Əsas Səhifə > REGİON > Moskvada son gündə koronavirusdan 68 nəfər öldü

Moskvada son gündə koronavirusdan 68 nəfər öldü


15-05-2020, 08:49

 

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 358 nəfərə çatıb. 

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Qeyd edilir ki, son gündə paytaxtda COVID-19-dan 70-ə yaxın şəxs ölüb.

"Moskvada pnevmaniya diaqnozunun qoyulduğu və koronavirus testinin müsbət nəticə verdiyi 68 pasiyent vəfat etdi", - xəbərdə deyilir.

Geri qayıt