Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Kamran Əliyev 5 rayonun prokurorunu təqaüdə göndərdi
Kamran Əliyev 5 rayonun prokurorunu təqaüdə göndərdi15-05-2020, 00:04 |
Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Bununla bağlı yeni Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən, aşağıda adları qeyd olunan şəxslər təqaüdə göndərilib: Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov, Yevlax rayon prokuroru Elxan Pənahov. Eyni zamanda Baş Prokurorluğun Maddi-texniki təminat idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Niyaz Məmişov da təqaüdə göndərilib. Qeyd edək ki, Elxan Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşıdır. Şəffaflıq.az
Geri qayıt |