Əsas Səhifə > Dünya > Kanadada koronavirus 5 304 nəfərin ölümünə səbəb oldu
Kanadada koronavirus 5 304 nəfərin ölümünə səbəb oldu14-05-2020, 06:52 |
Kanadada COVID-19-a yoluxanların sayı 72 278 nəfərə çatıb. Şəffaflıq.az xəbər verir ki, pandemiyanın başladığı vaxtdan ölkədə 5 304 şəxs dünyasını dəyişib. COVID-19-a ən çox yoluxma Kvebek (39 931 nəfər ) və Ontario (21 236 nəfər) əyalətlərində qeydə alınıb. Yeni yoluxma hallarının müəyyən edilməsi üçün 1 172 872 test keçirilib. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb. Geri qayıt |