Əsas Səhifə > Dünya > İspaniya əhalisinin 5 faizi koronavirusa yoluxub - Dəhşət
İspaniya əhalisinin 5 faizi koronavirusa yoluxub - Dəhşət13-05-2020, 23:35 |
İspaniyada 3 milyona yaxın şəxsdə COVID-19 aşkarlanıb. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Epidemiologiya Mərkəzinin direktoru Marina Polan bəyan edib. Onun sözlərinə görə, bununla bağlı Səhiyyə Nazirliyi genişmiqyaslı araşdırma aparıb: “Tədqiqatda 1 426 tibb mərkəzi və 28 laboratoriya iştirak edib. İki həftə davam edən tədqiqatın ilk mərhələsinin nəticələrinə görə yayılma 5 faiz olub”. Səhiyyə naziri Salvador İlya bildirib ki, müvəqqəti nəticələr ölkənin tibb rəhbərliyinin ilkin fərziyyələrini təsdiqləyib: “Bunun əsasında İspaniyada sərt karantin tədbirlərinin tətbiq edilməsi barədə qərar qəbul edilmişdi”. Qeyd edək ki, 2019-cu ilin yekun məlumatına görə İspaniya əhalisinin sayı 47 milyondan çoxdur. Geri qayıt |