Əsas Səhifə > Dünya > ABŞ-da prezident seçkiləri təxirə salına bilər
ABŞ-da prezident seçkiləri təxirə salına bilər13-05-2020, 23:13 |
ABŞ-da noyabra nəzərdə tutulan prezident seçkiləri təxirə salına bilər.Bu barədə prezidentin müşaviri Cared Kuşner bildirib. “Bu və digər şəkildə buna söz verə bilmərəm”, - deyə Kuşner seçkilərin planlaşdırılan tarixdə keçirilib-keçirilməyəcəyi ilə bağlı suala cavab verərkən deyib. O, 2020-ci ilin noyabrınadək koronavirusla bağlı vəziyyətin sabitləşəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, ABŞ-da 1 milyon 400 mindən çox insan koronavirusa yoluxub, 83 mindən çox insan isə Covid-19-dan dünyasını dəyişib. Şəffaflıq.az Geri qayıt |