Əsas Səhifə > Gündəm > Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib

Bu gün Azərbaycanda 6264 nəfər koronavirus testindən keçib


13-05-2020, 23:05

 

Bu gün Azərbaycanda koronavirusla bağlı 6264 test keçirilib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb. Ümumilikdə ölkədə koronavirusla bağlı test edilənlərin sayı 208 546 nəfərdir.

Qeyd edək ki, bu gün Azərbaycanda daha 65 nəfərdə koronavirus aşkarlanıb, 2 nəfər vəfat edib.

Ümumilikdə ölkədə virusa yoluxma sayı 2758, ölüm sayı 35, sağalan xəstə sayı isə 1789-dur. Hazırda 934 aktiv virus xəstələrdən 27-si reanimasiyadadır, 10-u isə süni tənəffüs cihazına qoşulub.

Geri qayıt