Əsas Səhifə > Dünya > Misirdə koronavirusdan ölənlərin sayı 525 nəfərə çatıb
Misirdə koronavirusdan ölənlərin sayı 525 nəfərə çatıb11-05-2020, 08:35 |
Misirdə son sutka ərzində COVID-19 virusuna 436 yoluxma halı qeydə alınıb. Şəffaflıq.az xəbər verir ki, Misirin Səhiyyə Nazirliyinin məlumatında ölkədə koronavirusa yoluxanların ümumi sayının 9 min 400 nəfərə çatdığı qeyd olunur. Məlumatda mayın10-da COVID-19 virusundan 11 nəfərin öldüyü, həyatını itirənlərin ümumi sayının 525 nəfərə çatdığı bildirilib. Əlavə edilib ki, son sutka ərzində xəstəlikdən 73 nəfər sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 2075 pasiyent tam müalicə olunub. Misir Prezidentinin səhiyyə üzrə müşaviri Məhəmməd Tag Əl-Din ölkə vətəndaşlarını koronavirus pandemiyasının daha çox yayılmaması ilə bağlı məsuliyyətli olmağa çağırıb. Onun sözlərinə görə, yoluxma halları insanların ən çox bir yerə toplaşdığı şəhərlərdə - paytaxt Qahirə və İsgəndəriyyədə qeydə alınıb. Ağır vaxtlarda Çinə yardım göndərən Misir hökuməti bu günlərdə Pekindən gəmi ilə göndərilən 4,7 ton tibbi ləvazimatlardan ibarət olan yükü qəbul edib. Çinin Misirdəki səfiri Lyao Liqyanq bildirib ki, onun ölkəsi dost Misirə 20 min ədəd N95 respiratoru, 10 min ədəd qoruyucu geyim və 70 min DNT testi aparatı göndərib. Geri qayıt |