Əsas Səhifə > Dünya > Britaniyada daha 346 insan koronavirusun qurbanı oldu

Britaniyada daha 346 insan koronavirusun qurbanı oldu


9-05-2020, 23:21

 

Böyük Britaniyada COVID-19 qurbanlarının sayı 31 587 nəfərə çatıb.

Şəffaflıq.az RİA “Novosti”yə istinadla xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Qrant Şapps bildirib.

O, qeyd edib ki, son sutkada ölkədə daha 346 nəfər virusdan ölüb.

Cümə gününə olan məlumatlara görə, ölkədə koronavirus qurbanlarının sayı 31 241 təşkil edirdi.

Son gün ərzində virusa yoluxma ilə bağlı aşkar edilmiş hallar 2 217 artıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 215 260-a yüksəlib.

Geri qayıt