Əsas Səhifə > Dünya > Küveytdə insanların ölkə daxilində hərəkəti qadağan edildi

Küveytdə insanların ölkə daxilində hərəkəti qadağan edildi


9-05-2020, 09:28

 

Küveyt hökuməti koronovirusun yayılmasının qarşısını almaq məqsədi ilə 10 may tarixindən 30 maya qədər insanların ölkə daxilində hərəkətini qadağan edən qərar qəbul edib.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin rabitə mərkəzi məlumat yayıb.

Qərar Səhiyyə Nazirliyinin tövsiyəsinə əsasən qəbul edilib.

Son günlər ölkədə koronavirusa yoluxanların sayında kəskin artım müşahidə edilib. Küveyt Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində 641 nəfər virusa yoluxub, pandemiyanın başlandığı gündən 7 208 nəfərin koronavirus testi müsbət olub.

Bundan əlavə 47 nəfər pandemiyanın qurbanı olub.

Geri qayıt