Əsas Səhifə > Dünya > Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu
Koronavirusa qarşı tətbiq ediləcək yeni dərman təsdiq olundu8-05-2020, 22:37 |
Yaponiyada koronavirusa yoluxmuş xəstələrin müalicəsi məqsədilə ABŞ şirkəti tərəfindən hazırlanmış "Remdesivir" dərmanının istifadəsi bəyənilib. Bu dərman ABŞ şirkəti onun istehsalı üçün müraciət etdikdən cəmi üç gün sonra təsdiq olunub. Bildirilir ki, "Remdisivir" COVID-19 infeksiyasına yoluxan xəstələrin müalicəsi üçün istifadəyə icazə verilən ilk dərmandır. Qeyd edilir ki, "Remdisivir" dərmanı Ebola qızdırmasına qarşı mübarizə çərçivəsində hazırlansa da onun səmərəliliyi təsdiqini tapmayıb. Sonradan onun SARS və MERS yoluxmalarına qarşı faydası təsdiq olunub. Həmin dərman ABŞ-ın "Gilead Sciences" biofarmasevtik şirkəti tərəfindən istehsal edilir. Bununla yanaşı, Yaponiyada yaxın günlərdə "Avigan" və ya "Favipiravir" və "Favilavir" adı ilə tanınan dərmanın da təsdiq ediləcəyi gözlənilir. Bu dırman isə altı il əvvəl "Fujifilm Toyama Chemical Co." şirkəti tərəfindən qripə qarşı mübarizə vasitəsi kimi hazırlanıb. Lakin onun hamilə qadınlara mənfi təsiri nəzərə alınaraq, ondan yalnız digər dərmanlar təsir göstərmədiyi halda istifadəyə icazə verilib. Bununla yanaşı, Çin həkimləri koronavirusun yaratdığı sətəlcəmin müalicəsində bu dərmanın çox səmərəli olduğunu bildiriblər. Əlavə olaraq bildirək ki, mayın 7-də yerli vaxtla saat 23:00-a olan son məlumata görə, Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 16287 nəfər təşkil edib. Bu xəstəlikdən 5797 nəfərin sağaldığı, 603 nəfərin isə öldüyü bildirilir. Şəffaflıq.az Geri qayıt |