Əsas Səhifə > ELM VƏ TƏHSİL > 2 alan şagirdlər yuxarı sinfə KEÇƏ BİLMƏYƏCƏK
2 alan şagirdlər yuxarı sinfə KEÇƏ BİLMƏYƏCƏK8-05-2020, 21:29 |
Təhsil Nazirliyi xüsusi karantin dövründə orta təhsil müəssisələrində şagirdlərin qiymətləndirilməsi ilə bağlı detalları açıqlayıb. Şəffaflıq.az-ın verdiyi xəbərə görə, I-VIII və X (xüsusi təhsil müəssisələrində XI) sinif şagirdləri təhsil aldıqları sinifdən yuxarı sinfə tədris olunan bütün fənlərdən illik qiymətləri müsbət (“3”, “4”, və ya “5”) olduğu halda keçirilirlər. 2019-2020-ci dərs ilinin I yarımilində biliyi qiymətləndirilməyən və ya bəzi fənlərdən "2" qiymət alan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək. Geri qayıt |