Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Azərbaycanda bu şəxslər üçün 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.

Azərbaycanda bu şəxslər üçün 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.


8-05-2020, 21:22
 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinə və müharibə əlillərinə ötən illə müqayisədə bu il 60 faizdən çox olmaqla 1500 mənzil və fərdi evin verilməsi üçün işlər aparılır.
Şəffaflıq.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin kateqoriyadan olan vətəndaşlar üçün yeni yaşayış binalarından artıq 480 mənzil alıb və daha 220 mənzilin alınması işləri davam edir.
Həmçinin respublikanın bölgələrində 800 fərdi yaşayış evinin ilin sonunadək onların istifadəsinə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2018-ci ildə nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan (207 mənzil) 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib.
Beləliklə, nazirlik tərəfindən ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 7600-a yaxın mənzil və fərdi ev verilib.

Geri qayıt