Əsas Səhifə > Dünya > İranda güclü zəlzələ: ölən və yaralılar var

İranda güclü zəlzələ: ölən və yaralılar var


8-05-2020, 09:32
 
İranın paytaxtı Tehranda 5,1 bal gücündə zəlzələ baş verib.
“Tasnim” bu məlumatı Tehran Universitetinin Seysmoloji Mərkəzinin verdiyi açıqlamaya istinadla yayıb.
Yeraltı təkanlar Tehran vilayətinin Dəmavənd rayonunda yerli vaxtla saat 00:48-də, 7 kilometr dərinlikdə qeydə alınıb.
Dəmavənd Sağlamlıq Mərkəzinin prezidenti Həsən Xeyirxah Rudəhan bölgəsində zəlzələ baş verən zaman təlaşla evdən çıxmaq istəyərkən beyin sarsıntısı keçirən 60 yaşlı bir şəxsin öldüyünü açıqlayıb.
Daha 11 nəfərin xəsarət aldığı bildirilir.
Eyni zamanda, 5,1 bal gücündə zəlzələdən sonra 3,9 bal gücündə dörd ardıcıl təkanın baş verdiyi qeyd edilir.
Sheffaflıq.az
Geri qayıt