Əsas Səhifə > Gündəm > Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədrlər təyin edildi - SİYAHI
Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarına sədrlər təyin edildi - SİYAHI6-05-2020, 20:23 |
Prezident İlham Əliyev "Apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla aşağıdakı hakimlər apellyasiya məhkəmələrinin məhkəmə kollegiyalarının sədrləri təyin ediliblər: Bakı Apellyasiya Məhkəməsi üzrə: Rəhimov Elmar Eldar oğlu - Cinayət Kollegiyasının sədri Tağızadə Mirzə Nəsib oğlu - İnzibati Kollegiyanın sədri Qurbanov Raqib Əliddin oğlu - Kommersiya Kollegiyasının sədri Gəncə Apellyasiya Məhkəməsi üzrə: Mamedov Rəşad Ziyaviddin oğlu - İnzibati Kollegiyanın sədri Rzaquliyev Şamil Qəhrəman oğlu - Kommersiya Kollegiyasının sədri Sumqayıt Apellyasiya Məhkəməsi üzrə: Babayeva Hökümə Çingiz qızı - İnzibati Kollegiyanın sədri Quliyev Telman Osman oğlu - Mülki Kollegiyanın sədri Şirvan Apellyasiya Məhkəməsi üzrə: Həsənov Müşfiq Kamil oğlu - İnzibati Kollegiyanın sədri Kərimov Tale Suliddin oğlu - Kommersiya Kollegiyasının sədri Şəki Apellyasiya Məhkəməsi üzrə: Rəfiyev Rövşən Rafiq oğlu - İnzibati Kollegiyanın sədri Hüseynov Elçin Şirin oğlu - Kommersiya Kollegiyasının sədri Sərəncam imzalandığı gündən qüvvəyə minir. Şəffaflıq.az Geri qayıt |