Əsas Səhifə > Dünya > Dünyada koronavirusa yoluxanların sayı 3.7 milyonu keçib - yeni siyahı

Dünyada koronavirusa yoluxanların sayı 3.7 milyonu keçib - yeni siyahı


6-05-2020, 00:31

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin bəzi ölkələrdə pik hədd artıq geridə qalıb. Həmin ölkələrdə yoluxma sayı əvvəlki həftələrlə müqayisədə xeyli aşağı enib. 

Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, bu gün günorta saatlarına olan məlumata görə dünyada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 705 min 988 nəfərdir. Ölənlərin ümumi sayı isə 256 min 542-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 227 min 814 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 221 min 632 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 49 min 323 nəfərinin vəziyyəti ağırdır.


Dünyada koronavirusun əsarətində yenə də ən çox ABŞ qalıb. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 226 min 215 nəfər koronavirusa yoluxub. Son saatlarda 13 min 380 nəfər yoluxma, 1383 nəfər isə ölüm halı qeydə alınıb. 


Növbəti sırada yer alan İspaniyada bu gün 2 min 260 nəfər yoluxub, 185 nəfər ölüb. İtaliyada bir neçə saat ərzində 1075 nəfər yoluxub, 236 nəfər ölüb. İngiltərədə isə son saatlarda 4 min 460 nəfər yoluxub, 693 nəfər ölüb.


Növbəti sırada yer alan Fransada gündəlik ölən və yoluxanların sayı ötən günlərlə müqayisədə artıb. Son saatlarda Fransa 1089 nəfərin yoluxduğunu, 330 nəfərin isə öldüyünü açıqlayıb.


Almaniyada bu gün 368 nəfər yoluxub, ölən isə yoxdur.


Rusiyada bu gün 10 min 102 nəfər yoluxub, 95 nəfər ölüb. Göründüyü kimi Rusiyada son günlər bu cür yüksək rəqəmlər müşahidə edilir. Türkiyədə isə son saatlarda 1832 nəfər yoluxub, 59 nəfər isə ölüb. Sonrakı sırada yer alan Brazilyada bu gün 1890 nəfər yoluxub, 142 nəfər də ölüb. Braziliyada sonrakı sırada qonşumuz İrandır. İranda bu gün 1323 nəfər yoluxub, 63 nəfər isə ölüb. Siyahıda 11-ci olan Çində bu gün cəmi 1 nəfər yoluxub. Ölən isə yoxdur.
Geri qayıt