Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb - yoluxma niyə artır?
Azərbaycanda daha 76 nəfər koronavirusa yoluxub, 28 nəfər isə sağalıb - yoluxma niyə artır?5-05-2020, 18:06 |
"Yoluxmanın müsbət istiqamətdə artması karantin rejiminin yumşaldılması ilə bağlıdır". Şəffaflıq.az xəbər verir ki, bu barədə Operativ Qərargahın brifinqində iştirak edən TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Y.Qarayeva da Koronavirusla Mübarizə Fondunun İctimai Nəzarət Şuranın iclasında iştirak etdiyini bildirib. TƏBİB rəsmisi iclasda Fonda ayrılan ianələrin səhiyyə sahəsinə xərclənməsi ilə bağlı təklif etdiklərini deyib. Y.Qarayev bildirib ki, ölkə üzrə koronavirusa 76 yeni yoluxma qeydə alınıb. 28 nəfər isə sağalaraq evə buraxılıb. "Yoluxmanın müsbət istiqamətdə artması karantin rejiminin yumşaldılması ilə bağlıdır" - deyə Y.Qarayeva qeyd edib. Geri qayıt |